BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Tom Fletçer son iki ildir Qəzzada bütün mülki vətəndaşları qorumaq və humanitar yardımların keçməsini təmin etmək üçün dərhal atəşkəsə çağırıb.
Yeniera.az xəbər verir ki, Fletçer 7 oktyabr 2023-cü ildən İsrailin hücumu və blokadası altında olan Qəzzadakı hadisələrin ikinci ildönümü ilə əlaqədar yazılı açıqlama verib.
Fletçerin sözlərinə görə, Qəzzada bir ümid işığı var və onu yaşatmaq lazımdır.
Son iki ildə on minlərlə fələstinlinin öldürüldüyünü, yüz minlərlə insanın aclıq və məcburi köçkünlüklə mübarizə apardığını xatırladan Fletçer, Qəzzada dərhal atəşkəs, bütün mülki əhalinin müdafiəsi və əhəmiyyətli humanitar yardımların sərbəst keçməsi çağırışlarını təkrarlayıb.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla ən azı 67 160 fələstinli ölüb, 169 679 nəfər yaralanıb.
Yeganə

