İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 51 nəfər artaraq 66 min 148 nəfərə çatıb.
Yeniera.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi ölən və yaralananlarla bağlı son məlumatları yayıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzza zolağının xəstəxanalarında 51 nəfər ölüb, 180 nəfər yaralanıb. Beləliklə, 2023-cü il oktyabrın 7-dən Qəzzada ölənlərin sayı 66 148 nəfərə, yaralıların sayı isə 168 716 nəfərə çatıb.
Qəzza zolağında minlərlə ölü hələ də dağıntılar altında qaldığı bildirilir.
Yeganə

