Qəzza zolağında 20 mindən çox uşağın öldüyü bildirilir.
Yeniera.az xəbər verir ki, Qəzzadakı hökuməti oktyabrın 7-də iki ili tamam olacaq soyqırımla bağlı yenilənmiş rəqəmləri açıqlayıb.
Həyatını itirən uşaqların sayı xəstəxanalara çatdırılan 19.450-si olmaqla, 20.000-i keçdi. Dağıntılar altında qalan və itkin düşənlər də daxil olmaqla ölən qadınların sayı 12500-ü ötüb. 460 nəfər, o cümlədən 154 uşaq aclıq və qida çatışmazlığından ölüb. 14-ü uşaq olmaqla 17 nəfər donaraq ölüb. Oktyabrın 7-dən bu yana öldürülən fələstinlilərin sayı 67 139 nəfərə, itkin düşənlər də daxil olmaqla bu rəqəm 76 639 nəfərə çatıb”,-deyə hesabatda qeyd olunub.
Yeganə

