Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə məsul Avropa komissarı Hadja Lahbib bildirib ki, Qəzzada həyatlar risk altındadır və humanitar yardımın çatdırılması zamanı gözləmək bir seçim deyil.
Yeniera.az xəbər verir ki, Lahbib bu barədə “X” sosial media platformasında mesaj paylaşıb.
Qəzzada mülki əhalinin ehtiyac duyulan tibbi yardıma çatmaq üçün hər gün mübarizə apardığını vurğulayan Lahbib, Aİ-nin Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Ərzaq Proqramının dəstəyi ilə dünən Əl-Ariş limanına 94 ton tibbi yardım göndərdiyini bildirdi.
Lahbib həmçinin qeyd edib ki, Qəzzay humanitar yardımın çatdırılmasında gözləmək bir seçim deyil və insanların həyatı risk altındadır.
Yeganə

