Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu müəllimlərə şad xəbər – Maaşdan əlavə 500 manat alacaqlar
  • Qadınların görüntülərini montaj edib pul tələb edən gənc həbs edildi – VİDEO
  • Keçmiş məcburi köçkünlərə ŞAD XƏBƏR — Prezident bu tapşırığı VERİB
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»Qadınların görüntülərini montaj edib pul tələb edən gənc həbs edildi – VİDEO

Qadınların görüntülərini montaj edib pul tələb edən gənc həbs edildi - VİDEO

VİDEO XƏBƏRLƏR Ariz Əhədov13.03.2026 - 15:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

KMBİ süni intellekt proqramlarından istifadə edib qadınları şantaj edən şəxsi saxladı

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) vətəndaşların foto və videolarını təhqiramiz formada montaj edərək sosial şəbəkələrdə paylaşan və onların silinməsi müqabilində pul tələb edən daha bir nəfəri saxlayıb. Bu istiqamətdə kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 21 yaşlı Mirhüseyn Atakişiyev saxlanılıb.

Müəyyən olunub ki, M. Atakişiyev “TikTok”, “Instagram” və “Telegram” sosial şəbəkələrindən qadınların foto və video görüntülərini əldə edib. Daha sonra həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə təhqiramiz yazılar əlavə edərək saxta hesablar vasitəsilə yenidən sosial şəbəkələrdə paylaşıb. O, foto və video görüntülərin daha geniş yayılmaması, həmçinin silinməsi müqabilində zərərçəkən qadınlardan müxtəlif məbləğlərdə pul tələb edib.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. M. Atakişiyevə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir daha bildiririk ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələrdə paylaşdığınız hər bir foto və video müxtəlif şəxslər tərəfindən dəyişdirilə, montaj edilə və sui-istifadə oluna bilər. Bu səbəbdən vətəndaşlara sosial şəbəkə hesablarında şəxsi foto və videolarını paylaşarkən son dərəcə diqqətli olmağı, şəxsi məlumatlarını və görüntülərini tanımadıqları şəxslərlə bölüşməməyi, şübhəli mesaj və təkliflərə inanmamağı tövsiyə edirik. Unutmayın ki, şəxsi məlumatların qorunması ilk növbədə hər kəsin öz məsuliyyətidir.

Bənzər Xəbərlər

13.03.2026 - 13:43Ariz Əhədov

Türkiyədə bir qəza ilə həyatı dəyişən azərbaycanlı Nail hamını kövrəltdi - Video

13.03.2026 - 11:05Ariz Əhədov

Türkiyədəki güclü zəlzələnin başvermə anı - Video

13.03.2026 - 09:32Ariz Əhədov

Sumqayıtda partlayış - Yaralılar var

13.03.2026 - 09:20Ariz Əhədov

Bu əraziləri təcili TƏRK EDİN- XƏBƏRDARLIQ

13.03.2026 - 00:48Ariz Əhədov

"Əl enerjisi" ilə müalicə edən "həkim"ə otağı kirayə verən şəxs DANIŞDI - VİDEO

12.03.2026 - 17:15Ariz Əhədov

Sabiq bələdiyyə sədri saxlanıldı

12.03.2026 - 15:05Ariz Əhədov

“Susuruq, həyasız da elə bilir ki, deməyə sözümüz yoxdur” - Video

12.03.2026 - 14:48Ariz Əhədov

Aqşin Bəbirova cinayət işi açıldı

12.03.2026 - 14:35Ariz Əhədov

Bakıda “Ferrari” qaydaları belə pozdu - Video

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 085

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 659

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 291

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 752
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.