Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər – FTB-dən AÇIQLAMA
  • Çin avtomobilləri KÜTLƏVİ sıradan çıxır – ŞOK SƏBƏB
  • “David Seliverstov” görün kimin kürəkəni imiş?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Qanunsuz cərrahiyyə təhlükəsi: “Universal Hospital”da sertifikatsız həkim skandalı

Qanunsuz cərrahiyyə təhlükəsi: “Universal Hospital”da sertifikatsız həkim skandalı

Cəmiyyət Gülnar Əliyeva07.08.2026 - 19:04
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Son illər Azərbaycanda estetik və plastik cərrahiyyə sahəsində baş verən neqativ hallar, diplomsuz və ya müvafiq ixtisaslaşma keçmədən bıçaq altına girən şəxslərin əməlləri cəmiyyətdə haqlı narazılıq doğurur.

Yeniera.az veteninfo.az-a istinadən xəbər verir ki, qanunvericiliyin tələblərinə kobud şəkildə məhəl qoyulmaması, vətəndaşların həyatı və sağlamlığı ilə açıq-aşkar qumar oynanılması halları diqqətdən kənarda qala bilməz. Bu qanunsuzluq dalğasının mərkəzində adları hallanan şəxslərdən biri də Natəvan Əmirovadır.

Əvvəllər “Laser Beauty Clinic”də fəaliyyət göstərən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlamaları zamanı cərrah kimi fəaliyyət göstərmək üçün heç bir müvafiq ixtisası və hüquqi əsası olmadığı üzə çıxan Natəvan Əmirova indi də fəaliyyətini “Universal Hospital”da davam etdirir. Dövlət qurumlarının rəsmi olaraq haqqında pozuntular aşkar etdiyi, cərrahlıq ixtisasının olmadığını bəyan etdiyi bir şəxsin bu gün çoxprofilli xəstəgörəcək səviyyədə fəaliyyət göstərən “Universal Hospital” kimi tibb müəssisəsində qucaq açması nə deməkdir? Bu, xəstəxana rəhbərliyinin qanunlara açıq şəkildə saymaması və maddi qazanc naminə pasiyentlərin həyatını təhlükəyə atması deyilmi?

https://www.instagram.com/reel/DbqpNjFNbb1/?igsh=MTZ1eWZ0bXc1anhwYg%3D%3D

Azərbaycanda səhiyyə sisteminin şəffaflaşdırılması, vətəndaşların həyat və sağlamlığının qorunması istiqamətində son illər atılan ciddi addımlar bəzi tibb müəssisələrinin hələ də köhnə idarəçilik üsullarından əl çəkmədiyini göstərir. “Universal Hospital” qanunvericiliyin tələblərini açıq şəkildə pozaraq, heç bir ixtisası və rəsmi sertifikatı olmayan şəxsləri əməliyyat masasına buraxan klinikalardan biri olamağa nə vadar edir. Qanuna görə, plastik və…. estetik əməliyyatları həyata keçirmək üçün həkim yalnız müvafiq rezidentura təhsili almalı və Səhiyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən təsdiqlənmiş rəsmi sertifikata malik olmalıdır. Lakin “Laser Beauty Clinic”-də yoxlamalar zamanı məlum olub ki, Natəvan Əmirovanın sertifikatsız özəl tibbi praktik fəaliyyətlə məşğul olması rəsmi şəkildə qeydə alınıb və aidiyyəti qurumlar tərəfindən müəssisə barəsində inzibati tənbeh tədbirləri seçilib.

İxtisası və hüquqi əsası olmadığı halda estetik əməliyyatlara əl atmaq – insan həyatına qarşı edilən ən böyük səhlənkarlıq və məsuliyyətsizlikdir. Sosial şəbəkələrdə özünü mütəxəssis kimi təqdim edən, müxtəlif reklamlarla vətəndaşları aldadan belə şəxslərin fəaliyyəti cəmiyyət üçün bir katastrofadır. İnsanların estetik arzulardan istifadə edərək onların sağlamlığı ilə oynamaq, heç bir elmi və hüquqi əsası olmadan cərrahiyyə masasına oturtmaq yolverilməzdir.  Məsununiyyətsiz şəkildə həyata keçirilən bu cür qanunsuz müdaxilələr sonradan ağır fəsadlara, dəhşətli ağırlaşmalara, hətta insan ömrünün sonlanmasına səbəb ola bilər. Hüquq-mühafizə və səhiyyə orqanlarının apardığı araşdırmalar göstərir ki, sahə nə qədər nəzarətsiz qalsa, bir o qədər saxtakar “həkimlər” Ümumilikdə səhiyyə sisteminə kölgə salacaqlar. Natəvan Əmirova kimi şəxslərin heç bir hüquqi əsas olmadan cərrahi əməliyyatlara cəhd göstərməsi dövlət qanunlarına açıq hörmətsizlikdir. Vətəndaşlarımızın sağlamlığı heç kimin şəxsi qazanc mənbəyinə və ya təcrübə poliqonuna çevrilməməlidir. Bu cür hallara qarşı mübarizə daha sərt olmalı, qanunsuz fəaliyyət göstərən şəxslər qanun qarşısında tam cavab verməlidirlər. Bir tibb müəssisəsinin baş direktoru və ya rəhbərliyi işə götürdüyü hər bir həkimin diplomunu, ixtisas sertifikatını və qanuni əsaslarını yoxlamağa borcludur. Lakin görünən odur ki, “Universal Hospital” rəhbərliyi üçün şəffaflıq və pasiyent təhlükəsizliyi deyil, yalnız daxil olan maliyyə axını əsas prinsipdir. İxtisassız bir şəxsin plastik və estetik əməliyyatlar adı altında insan bədənində “təcrübələr” aparmasına şərait yaratmaq birbaşa cinayətə ortaq olmaqdur.  Vətəndaşların sağlamlığı üzərindən qurulan bu cür qaranlıq mexanizmlər cəmiyyətdə səhiyyə müəssisələrinə olan etimadı sarsıdır. “Universal Hospital” rəhbərliyi unutmamalıdır ki, qanunsuz fəaliyyətə qucaq açmaq gec-tez hüquqi müstəvidə ağır məsuliyyət və sərt cəzalar deməkdir. Aidiyyəti dövlət qurumları bu klinikanın fəaliyyətini, xüsusilə də ixtisassız şəxslərin hansı əsasla cərrahiyyə otaqlarına buraxılmasını ciddi nəzarətə götürməli və rəhbərlik barəsində ən sərt tədbirlər görülməlidir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bənzər Xəbərlər

08.08.2026 - 22:07Gülnar Əliyeva

Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər - FTB-dən AÇIQLAMA

08.08.2026 - 22:06Gülnar Əliyeva

Çin avtomobilləri KÜTLƏVİ sıradan çıxır – ŞOK SƏBƏB

08.08.2026 - 20:29Gülnar Əliyeva

“David Seliverstov” görün kimin kürəkəni imiş?

08.08.2026 - 20:27Gülnar Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin İMPERİYASI ÇÖKÜR - Bakının mərkəzində yandırılan arxivlər və... - ŞOK DETALLAR

08.08.2026 - 20:15Gülnar Əliyeva

Trampın kürəkəni Moskvaya gedəcək

08.08.2026 - 19:40Gülnar Əliyeva

8 avqust sülhün siyasi simvoludur

08.08.2026 - 18:45Gülnar Əliyeva

Trampla Paşinyan arasında telefon danışığı olub

08.08.2026 - 17:00Gülnar Əliyeva

Kanalda batan Aminin - Fotoları

08.08.2026 - 16:40Gülnar Əliyeva

Yandırılaraq öldürülən ər-arvadın - Fotosu

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 690

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 850

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 834

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 661
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.