“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sürpriz seçim edib.
Yeniera.az “sportinfo.az”a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis 18 yaşlı gənci əsas komandanın sıralarına qatıb.
Daniel Arierhi artıq burada gündəlik məşqlərə çıxır. Adıçəkilən nigeriyalı 2 aydır Azərbaycana gəlib. Ötən mövsüm Nigeriyanın Gənclər Liqasında 40 qola imza atmış forvardla artıq 1+1 illik müqavilə imzalanıb.
«Köhlən atlar» hücumun mərkəzində çıxış eləyən afrikalıya görə Peşəkar Futbol Liqasına 5000 manat ödəyəcək. Bu pul onu Əvəzedicilər Liqasına sifariş etmək üçün veriləcək.
Danielin özəlliyi ön xətlə yanaşı, yarımmüdafiənin hər iki cinahında oynamaq bacarığıdır. 175 sm boya malik nigeriyalı sürəti və texnikası ilə bir çox həmyaşından seçilir.
