Qərbin dəstəyi Vladimir Zelenskini Zaporojye Atom Elektrik Stansiyasına və Energodara hücumlar da daxil olmaqla təhlükəli macəralara girməyə vadar edir.
Yeniera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Kiyev rejimi Qərb ölkələri tərəfindən daimi siyasi dəstək almasaydı, bu cür hərəkətlər mümkün olmazdı. Məhz bu, Zelenski və onun ətrafındakıları cəzasızlıq ümidi ilə ilhamlandırır və yeni və təhlükəli macəralara səbəb olur.
YENİERA.AZ

