Çempionlar Liqasının son turunda Azərbaycanın “Qarabağ” klubu doğma meydanda İngiltərənin “Çelsi” komandası ilə 2:2 hesablı tarixi heç-heçə edib.
Yeniera.az News24.az-a istinadən xəbər verir ki, bu nəticə təkcə idman baxımından deyil, həm də oyunsonrası açıqlamaları ilə diqqət çəkib.
Matçdan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səmimi çıxışı ilə gündəmə gəlib. O, “Qalatasaray” klubuna dəstək mesajı verərək bildirib:
“Qalatasarayın oyunu var, gedək, Qalatasarayı dəstəkləyək”.
Mütəxəssisin bu fikri Türkiyədə böyük rəğbətlə qarşılanıb. Türkiyə seqmentindəki sosial şəbəkələrdə “Bir millət, iki komanda”, “Bu, əsl dostluqdur” və “Qardaşlığın ən gözəl nümunəsidir” kimi yüzlərlə şərh paylaşılıb.

