Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu müəllimlərə şad xəbər – Maaşdan əlavə 500 manat alacaqlar
  • Qadınların görüntülərini montaj edib pul tələb edən gənc həbs edildi – VİDEO
  • Keçmiş məcburi köçkünlərə ŞAD XƏBƏR — Prezident bu tapşırığı VERİB
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Ramiz Mehdiyevin bankı bağlanır

Ramiz Mehdiyevin bankı bağlanır

İqtisadiyyat Ariz Əhədov06.03.2026 - 15:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, “Bank BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.

YENİERA.az AMB-yə istinadən xəbər verir ki, bu çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq tənzimləyici qurumun nəzarəti altında həyata keçiriləcək.

Bu çərçivədə, “Bank BTB” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb. Bu müqaviləyə uyğun olaraq “Bank BTB”də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaq. Həmçinin, Bank “BTB”yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcək. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və “Bank BTB” ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaq.

Beləliklə, Bank “BTB” ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.

Bank “BTB” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində isə 0.6% təşkil edir.

Qeyd edək ki, “Bank BTB”-nin səhmlərinin 75 faizi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevaya məxsusdur.

Bənzər Xəbərlər

13.03.2026 - 16:35Ariz Əhədov

Bu müəllimlərə şad xəbər - Maaşdan əlavə 500 manat alacaqlar

13.03.2026 - 15:21Ariz Əhədov

Keçmiş məcburi köçkünlərə ŞAD XƏBƏR   —  Prezident bu tapşırığı VERİB

13.03.2026 - 15:10Ariz Əhədov

Murad Dadaşov xəstəxanaya yerləşdirildi - FOTO

13.03.2026 - 14:10Ariz Əhədov

Adnan Əhmədzadə ilə bağlı QƏRAR VERİLDİ

13.03.2026 - 13:58Ariz Əhədov

“Qarabağ”da İLK AYRILIQ -  Norveç klubuna keçdi

13.03.2026 - 13:30Ariz Əhədov

“Qarabağ” Zubirin əvəzinə həmyerlisini gətirir

13.03.2026 - 13:16Ariz Əhədov

Tanınmış modelyer evində ölü tapıldı - Foto

13.03.2026 - 12:50Ariz Əhədov

"Əlli min müəllim ixtisar oluna bilər" - Əli Əhmədov

13.03.2026 - 12:38Ariz Əhədov

İranda hakimiyyət ƏLƏ KEÇİRİLDİ- Müctəba Xamenei ÖLƏRSƏ…

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 085

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 659

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 289

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 751
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.