AXCP sədri Əli Kərimlinin evində axtarış aparılıb.
Yeniera.az teleqraf-a istinadla xəbər verir ki, partiya sədrinin evində aparılan axtarış Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunan cinayət işi ilə əlaqədardır.
Qeyd edək ki, Əli Kərimlinin adı dövlətə xəyanət ittihamı ilə həbs edilən PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə işbirliyində hallanırdı.
Hüquq-mühafizə orqanlarından Əli Kərimlinin yaşadığı ünvanda axtarış aparıldığı təsdiqlənib.
Qeyd edək ki, partiya fəalları Əli Kərimlinin saxlanılmasına dair sosial mediada məlumat yaymışdı.
Bundan başqa, partiya sədrinin müşaviri Məmməd İbrahimin də evində axtarış aparıldığı qeyd olunur.
14:33
AXCP sədri Əli Kərimli saxlanılıb.
Yeniera.az xəbər verir ki, o, DTX tərəfindən nəzarətə götürülüb.

