Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Kayrat”la oyuna gələn “Real Madrid”i qarşılamaq üçün yüzlərlə azarkeş Almatı küçələrinə çıxıb.
Yeniera.az xəbər verir ki, hava limanındakı həyəcan tezliklə məyusluğa çevrilib.
“Real Madrid” futbolçuları VIP çıxışından istifadə edərək azarkeşlərlə təmasdan qaçaraq birbaşa otelə yollanıblar.
Bu hərəkət azarkeşlərin narazılığına səbəb olub.
Qeyd edək ki, qarşılaşma sentyabrın 30-da baş tutacaq.
Leyla Cəfərova

