Sumqayıt Dövlət Universitetində (SDU) yeni təyinat olub.
Yeniera.az xəbər verir ki, bununla bağlı rektor Nurəli Yusifbəyli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Mədinə Abışova Keyfiyyət təminatı və strategiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
O, bu təyinatdan əvvəl 2023–2026-cı illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Keyfiyyət təminatı və strateji inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb. (İqtisadiyyat.az)
