• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
13°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

“RİCON” MMC bizi Qarabağda işlədib pulumuzu vermir” - Rəsmi açıqlama

01 Dekabr, 25 / 16:20
A A
“RİCON” MMC bizi Qarabağda işlədib pulumuzu vermir” - Rəsmi açıqlama

“RİCON” MMC bizi Qarabağda aylardır işlədib pulumuzu vermir”.

Bu şikayətlə “Qafqazinfo”ya həmin şirkətdə çalışmış Vüsal Nəcəfov müraciət edib.

Onun iddiasına görə, təxminən 200-ə yaxın işçi bir ildir maaşlarının veriləcəyi günü gözləyir: “2023-cü ildən “RİCON” MMC-də Füzuli rayonunun abadlaşdırılmasında iştirak etmişik. 2024-cü ilin iyun ayında Cəbrayıl layihəsində çalışmışıq. Həmin ilin noyabr ayınadək maaşımızı bir az tez-bir az gec aldıq. 2025-ci ilin fevralınadək bizim 3 aylıq əməkhaqqımız ödənilməyib.

Dəfələrlə problemlə bağlı müraciət etmişik, amma pulumuzu ödəmirlər. Sonuncu dəfə rəhbərliklə sentyabr ayında görüşmüşük. Bizə vəd verildi ki, texnikalar var, onları satıb ödəniş edəcəklər. Amma hələ də bir xəbər yoxdur, telefon nömrələrinə də zəng çatmır”.

Şikayətçi bildirib ki, müqavilə əsasında işləyiblər və bütün qaimələr də vurulduğu halda, şirkət ödənişi etmək istəmir. O, həmçinin qeyd edib ki, haqqı tapdalanan bəzi işçilər hüquq-mühafizə orqanlarına və Əmək Müfəttişliyinə də müraciət ediblər.

Problemlə bağlı “RİCON” şirkətinin rəhbər şəxsləri ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, “RİCON” MMC-də əmək hüquqlarının pozulması (son haqq-hesabın ödənilməməsi) ilə bağlı bir neçə işçi tərəfindən daxil olan müraciətlər Xidmətin Bakı Şəhər İdarəsində araşdırılıb: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna əsasən müəssisədə yerində araşdırma aparmaq mümkün olmayıb. “RİCON” MMC və müraciət edən şəxslər tərəfindən tələb olunan sənədlər təqdim edildiyi halda, araşdırma davam etdiriləcək və nəticələr barədə əlavə məlumat veriləcək.

Bununla yanaşı, vətəndaşların müraciətlərinin araşdırılması zamanı müəyyən nöqsanlar aşkar edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati icraat aparılıb, nəticəsi barədə müraciət müəlliflərinə məlumat veriləcək. Eyni zamanda, Xidmətə “RİCON” MMC-nin işçilərindən kollektiv müraciət də daxil olub və hazırda həmin müraciət üzrə araşdırma aparılır”.

Məlumat üçün bildirək ki, son 2 ilə nəzər salsaq, “RİCON” MMC-nin dəfələrlə milyon manatlıq tenderlərin qalibi olduğunu görə bilərik.

Ən son xəbərləri bizim TikTok hesabımızda izləyin @yeniera
Öncəki Yazı

"Biz bu insanları istəmirik" - Tramp 

Növbəti Yazı

"Bu həftə Putinin cədvəli həddindən artıq yüklənib" - Peskov 

XƏBƏR LENTİ

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub

"Ayaks"ın Bakıya səfər planı bəlli olub

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.