ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış sənədləri sülhün bərqərar olması yolunda mühüm addım kimi dəyərləndirib.
Yerniera.az xəbər verir ki, Rubionun bəyanatında ABŞ-nin bu tarixi sülh sazişini alqışladığı bildirilir
Bəyanatda deyilir ki, ABŞ prezidenti Donald Tramp tərəfləri bir araya gətirərək onilliklərlə davam edən münaqişəyə son qoyan razılaşmaya vasitəçilik edib.
Bu inkişaf hər iki ölkəyə gələcəyə diqqət yetirmək və Cənubi Qafqaz regionunun iqtisadi potensialını açmağa imkan verir. Proses həm Ermənistana, həm Azərbaycana, həm də Amerika xalqına ticarət razılaşmaları və rifah gətirəcək.
Leyla Cəfərova

