Rumıniyanın milli müdafiə naziri İonuț Moşteanu təhsili ilə bağlı qalmaqala görə istefa verib.
Yeniera.az xəbər verir ki, o, bu barədə Feysbukda yazıb.
“Bu gün mən milli müdafiə naziri vəzifəsindən istefa ərizəmi təqdim etdim. Təhsilimlə bağlı müzakirələrin aparılmasını və uzun illər əvvəl buraxdığım səhvləri indi ölkəyə rəhbərlik edənləri yayındırmaq istəmirəm”,-deyə o, qeyd edib.
Moşteanu qərarı barədə Rumıniya Prezidenti Nişor Dana, baş nazir İlie Boloşana və Rumıniyanı Xilas Birliyi (SRU) partiyasının rəhbərliyinə məlumat verib.
Yeganə

