Rusiya Britaniyanın siyasi isteblişmenti və “ekspert” icmasının xadimlərinə qarşı sanksiyalar tətbiq edib.
Yeniera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Siyahıya Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müdafiə edən və Londonun Rusiyaya qarşı təxribat fəaliyyəti ilə məşğul olan, əxslər daxildir”, – deyə bəyanatda deyilir.
Bu şəxslərlə yanaşı, sanksiyalara Açıq Mənbə Mərkəzinin analitik mərkəzinin həmtəsisçisi və baş direktoru Ceyms Birn, Biznes və Ticarət Departamentinin Ticarət Sanksiyalarının Tətbiqi Ofisinin (OTSI) direktor müavini Anna Deibel-Junq, İcmalar Palatasının üzvü Devid Duqan da məruz qalıb.
Bundan əlavə, Xəzinədarlıq yanında Maliyyə Sanksiyalarının İcrası İdarəsinin bir sıra məmurlarına da sanksiya tətbiq edilib.
Leyla Cəfərova

