Rusiya ilə Avropanın təhlükəsizliyini təmin edən müqavilələrin yenidən aktivləşdirilməsi barədə danışıq lazımdır.
Yeniera.az xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel bildirib.
“Əgər biz Rusiya ilə Şimal Buzlu Okeanından Qara dənizə qədər təhlükəsizlik barədə danışmasaq, Avropa vətəndaşlarının müdafiəsini təmin edən müqavilələrin bərpasından danışmasaq, qarşıdurmanın gec-tez yenidən yaranacağını gözləməliyik”, – prezident deyib.
Onun sözlərinə görə, Ukraynada münaqişənin sona çatması ilə Avropada təhlükəsizlik problemləri aradan qalxmayacaq. Çexiya prezidenti iddia edir ki, Rusiya dinc yanaşı yaşamaqda maraqlı deyil və Avropanın təhlükəsizliyi son vaxtlar daha da pisləşib.
Rza Əli

