• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
15°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

Rusiya Kiyevdə Azərbaycan səfirliyinin zədələnməsinə görə təəssüfünü bildirib

21 Noyabr, 25 / 17:10
A A
Rusiya Kiyevdə Azərbaycan səfirliyinin zədələnməsinə görə təəssüfünü bildirib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) noyabrın 14-də Ukraynanın paytaxtına raket zərbəsi nəticəsində Azərbaycanın Kiyevdəki səfirliyinin binasının zədələnməsi ilə bağlı təəssüfünü bildirib.

Bu barədə Yeniera.az Rusiya XİN-in rəsmi məlumatına istinadən xəbər verir.

Məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşüb.

Söhbət zamanı qeyd edilib ki, Azərbaycan tərəfinin Kiyevdəki Azərbaycan diplomatik missiyasının binalarına, əmlakına və ərazisinə dəyən ziyanla bağlı 14 noyabr tarixli müraciəti Rusiyanın səlahiyyətli qurumları tərəfindən diqqətlə nəzərdən keçirilib.

“Rusiya tərəfi baş verən hadisə ilə bağlı səmimi təəssüfünü ifadə edir”, – XİN-in məlumatında bildirilib.

Görüşdə ikitərəfli əlaqələrin inkişafını davam etdirmək üçün qarşılıqlı niyyət təsdiqlənib, yüksək səviyyəli təmaslar qrafiki müzakirə edilib. “İkitərəfli iqtisadi əməkdaşlığın inkişafında uğurlar, mədəni-humanitar əlaqələrin tam həcmdə bərpasının vacibliyi qeyd edilib”, – Rusiya XİN-dən bildirilib.

“Regional mövzular, o cümlədən 2020-2022-ci illərdə əldə edilən üçtərəfli yüksək səviyyəli razılaşmalar kompleksi əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına Rusiya tərəfinin mümkün köməyi də ayrıca müzakirə edilib. “3+3″ Regional Əməkdaşlıq Platformasının ritmik işinin saxlanması məsələləri nəzərdən keçirilib”, – bəyanatda vurğulanıb.

Daha əvvəl Azərbaycan XİN məlumat vermişdi ki, noyabrın 14-də Rusiyanın Bakıdakı səfiri Mixail Yevdokimov xarici siyasət idarəsinə çağırılıb və ona etiraz notası təqdim edilib. Azərbaycan XİN-də görüş zamanı səfirə noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində “İsgəndər” tipli raketlərdən birinin Səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib.

Azərbaycan tərəfi Rusiya diplomatını məlumatlandırıb ki, partlayış nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsi tamamilə dağılıb, konstruksiyalar, xidməti avtomobillər, inzibati bina və Səfirliyin konsulluq şöbəsi zədələnib.

Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yeniera
Öncəki Yazı

5-ci İstanbul Təhsil Sammiti: Dünyanı Təhsillə Yaxşılaşdırmaq üçün Qlobal Çağırış

Növbəti Yazı

AQTA həmin uşaq qidası barədə MƏLUMAT YAYDI

XƏBƏR LENTİ

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.