Rusiya BMT-dəki bəzi siyasətçilərin “qeyri-sağlam” bəyanatlarına cavab vermir.
Yeniera.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Həqiqətən qeyri-sağlam məntiq nöqteyi-nəzərindən absurd olan bəzi çılğın ifadələr ümumiyyətlə, cavab verilməməlidir”, – deyə Zaxrova qeyd edib.
Zaxarova Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın G20-nin iclasında anti-Rusiya bəyanatı ilə çıxışını misal çəkib.
“NATO-nun baş katibi Mark Rutte də tvitində nəsə yazıb”, – Zaxarova davam edib.
“Biz bu cür səpələnmiş bəyanatları eşidirik. Britaniya nümayəndəsi də, belə desək, G20-də bizə növbəti dəfə yalan ittihamlar səsləndirdi. Onlar bu mövzunu aşağı-yuxarı oynayırlar”, – rusiyalı diplomat vurğulayıb.
Rza Əli

