Perspektivli silah sistemlərinin inkişafı və müdafiə sektorunun gücləndirilməsi ilə bağlı bütün planlar həyata keçirilir.
Yeniera.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Burevestnik” və “Poseydon” tərtibatçılarının mükafatlandırılması mərasimində bildirib.
O qeyd edib ki, ən yeni “Avanqard” strateji raket kompleksi döyüş vəzifəsinə keçib.
“Biz “Oreşnik” orta mənzilli raket kompleksini işləyib hazırladıq, istehsala başladıq və kütləvi istehsalına keçmişik”, — Putin əlavə edib.
Putin həmçinin bildirib ki, qitələrarası ballistik və sualtı raketlər qabaqcıl döyüş başlıqları ilə təmin olunub.
“Nəhayət, Rusiya qeyri-məhdud mənzilli raket “Burevestnik” və pilotsuz nüvəenerjili sualtı gəmisi “Poseydon” layihələrini hazırlayıb”, — deyə o vurğulayıb.
Rza Əli

