Rusiyanın süni intellekt texnologiyaları bazarı ildə təxminən 30% genişlənir və milyardlarla rubl dəyərində qiymətləndirilir.
Yeniera.az xəbər verir ki, bunu Prezident Administrasiyasının İnformasiya-kommunikasiya texnologiyaları və infrastrukturunun inkişafı idarəsinin rəisi Tatyana Matveva bildirib.
O qeyd edib ki, qlobal süni intellekt bazarı 2025-ci ildə artıq 243 milyard dollara çatıb.
Matveeva əlavə edib ki, qlobal bazarın illik artımı 30% təşkil edir.
“Bu dinamikanı nəzərə alaraq, süni intellekt texnologiyaları gündəlik həyata dərindən daxil olub”, – Matveeva deyib.
Yeniera.az

