Almaniyanın keçmiş kansleri Angela Merkel Avropada siyasi böhranın kəskinləşməsinin və Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin başlanmasının əsas səbəblərindən biri kimi koronavirusu göstərib.
Yeniera.az xəbər verir ki, siyasətçi bu barədə Macarıstanın “Partizan” YouTube kanalına müsahibəsində bildirib.
Merkelin sözlərinə görə, epidemiya Aİ liderləri ilə Rusiya prezidenti Vladimir Putin arasında təkbətək məsləhətləşmələrin və görüşlərin keçirilməsini qeyri-mümkün edib və bu, böhranı daha da gücləndirib.
“Əgər görüşə bilməsəniz, fikir ayrılıqlarınızı üz-üzə müzakirə edə bilməsəniz, yeni kompromislər tapa bilməyəcəksiniz”,-deyə Merkel qeyd edib.
Yeganə

