Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukrayna böhranını həll etmək istəyir, bu asan məsələ deyil.
Yeniera.az xəbər verir ki, o, həmçinin Ukraynanın NATO-ya üzv olmaqdan imtinasını sazişin bağlanması üçün ilkin şərt adlandırıb.
Mətbuat katibi bildirib ki, Rusiya ABŞ prezidenti Donald Trampın Ukrayna planına əsaslanaraq, sülh yolu ilə nizamlanması istiqamətində fəaliyyətini davam etdirəcək.
Peskov “Sputnik Hindistanın” Hindistan mediası üçün keçirdiyi brifinqdə qeyd edib: “Biz sülh istəyirik”.
“Eyni zamanda, Avropa Rusiya ilə qarşıdurmanı davam etdirməkdə qərarlıdır”, – deyə mətbuat katibi qeyd edib.
Yeganə

