ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarının bərpası barədə göstərişindən sonra Vaşinqton nüvə başlığı daşıya qitələrarası ballistik raketin ilk sınağını keçirməyi planlaşdırır.
Yeniera.az xəbər verir ki, bu barədə “Newsweek” nəşri yazı dərc edib.
Ötən həftə Tramp bəyan etmişdi ki, Rusiya və Çin öz nüvə arsenallarını sınaqdan keçirməyə davam etdikləri üçün ABŞ da dərhal nüvə sınaqlarını bərpa etməlidir.
ABŞ-ın energetika naziri Kris Rayt isə bildirib ki, planlaşdırılan sınaqlar əvvəlki illərdəki kimi canlı nüvə partlayışları ilə müşayiət olunmayacaq.
Rza Əli

