Türkiyə xarici işlər nazirinin müavini Beris Ekinci Ankarada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin ilə məsləhətləşmələr aparıb.
Yeniera.az xəbər verir ki, məsləhətləşmələr zamanı iqtisadi və maliyyə məsələləri müzakirə olunub.
Xüsusilə, iki ölkənin diplomatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), G20 və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə bağlı məsələləri, o cümlədən enerji və xammal bazarlarında vəziyyəti müzakirə ediblər.
Yeniera.az

