Rusiya səsdən sürətli, nüvə enerjisi ilə işləyən yeni nəsil qanadlı raketlər üzərində işləyir.
Yeniera.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.
Putinin sözlərinə görə, “Burevestnik” raketində istifadə olunan super kiçik nüvə reaktorlarının işə salınması cəmi bir neçə saniyə çəkir, halbuki adi nüvə reaktorlarının işə düşməsi saatlar və hətta günlər tələb edir.
“Bu tip güc sistemləri əsasında artıq yeni nəsil silahlar hazırlanır. Nüvə enerjisi ilə işləyən qanadlı raketlərin növbəti nəsli üzərində işlərə başlanılıb. Onların sürəti səsin sürətindən üç dəfə yüksək olacaq və gələcəkdə hipersəs rejimi olmayacaq”, — Putin qeyd edib.
O əlavə edib ki, bu məsələ yaxın günlərdə bəzi həmkarları ilə Kremlin daxilində müzakirə olunub.
Rza Əli

