Rusiyanın Dağıstan bölgəsində güclü daşqınlar səbəbindən tətbiq edilən fövqəladə vəziyyət federal səviyyəyə qaldırılacaq.
Yeniera.az xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Prezident Vladimir Putinə məlumat verib.
“Yaranan vəziyyət regional fövqəladə vəziyyət kimi təsnif edilir. Reaksiya səviyyəsi tezliklə federal səviyyəyə qaldırılacaq. Nəticələrə əsasən, hökumət komissiyası tezliklə fövqəladə vəziyyətin artırılması barədə qərar qəbul edəcək”, – deyə Kurenkov qeyd edib./ajans.az
