Cəlilabad rayonunda yük avtomobili yanıb.

Yeniera.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Rusiya vətəndaşı Şapi Maqammedovun idarə etdiyi yük maşınında yanğın baş verib. Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğın nəticəsində avtomobilə ciddi ziyan dəyib, xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Exit mobile version