Bu, Yaponiyanın daxili işidir, lakin bu adaların Rusiyaya məxsusluğunu heç kim şübhə altına almamalıdır.
Yeniera.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Yaponiyanın Okinava və Şimal (cənub Kuril) adaları ilə bağlı qalmaqalını şərh edərəkən bildirib
“Biz KİV-in xəbərlərini gördük. Bu, Yaponiyanın daxili işidir. Bu adaların ərazi statusu heç kim tərəfindən şübhə altına alınmamalıdır”, – deyə Peskov qeyd edib.
Qeyd edək ki, qalmaqal Yaponiyanın dövlət naziri Hitoşi Kikavadanın noyabrın 8-də Cape Nosappudan cənub Kuril adalarına baxış keçirməsi zamanı “Axı biz burada xarici ölkələrə ən yaxınıq” deməsi ilə başlanıb.
Rza Əli

