Rəsmi Kreml ABŞ Prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun açıqladığı Qəzza sülh planına müsbət reaksiya verib.
Yeniera.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.
O, Rusiyanın bu addımı alqışladığını bildirib.
Peskov bildirib ki, Qəzza zolağında münaqişənin sona çatmasına yönəlmiş təşəbbüslər həmişə dəstəklənir və prioritetdir.
Peskov sözügedən planın Yaxın Şərqdə sülhə töhfə verməli olduğunu vurğulayıb:
“Əlbəttə, biz bu planın həyata keçirilməsini istəyirik ki, o, Yaxın Şərqdəki hadisələrin sülh yolu ilə sona çatmasına kömək etsin”.
Qeyd edək ki, Ağ Ev Trampın “Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli plan” adlı 20 bəndlik təklif planını açıqlayıb.
Leyla Cəfərova

