Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiyanın nüvə üçlüyü dünyada ən yenisidir.
Yeniera.az xəbər verir ki, o, həmçinin qeyd edib ki, ölkənin strateji silah arsenalının yenilənməsi istiqamətində mühüm işlər görülüb.
“Bizim nüvə triadamız yeniləndi. Bu, mahiyyət etibarı ilə dünyada ən yeni nüvə triadasıdır. Təhlükəsizliyimizi etibarlı şəkildə təmin etmək üçün geniş işlər görülüb”, – Peskov bildirib.
Prezidentin mətbuat katibi onu da əlavə edib ki, Rusiya silahlanma yarışında iştirak etmir, öz silah sistemlərini inkişaf etdirir.
Yeganə

