Rusiyada ət istehlakında diqqətçəkən dəyişiklik baş verir. Alıcılar mal və donuz ətindən daha çox quş ətinə, xüsusilə hinduşkaya üstünlük verməyə başlayıblar.

Yeniera.az xəbər verir ki, analitiklərin məlumatına görə, 2026-cı ilin ilk 6 ayında Rusiyada hinduşka əti satışı ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 42 min tona çatıb. Pul ifadəsində isə bazarın həcmi 22 faiz böyüyüb.

Toyuq filesinin satışı da artıb. Altı ay ərzində satış 5,2 faiz yüksələrək 325,3 min tona çatıb.

Bunun əksinə olaraq, mal və donuz ətindən hazırlanan steyklərin satışı azalıb. Mal əti steyklərinin satışı 7,5 faiz azalaraq 6,7 min tona, donuz əti steyklərinin satışı isə 24,2 faiz geriləyərək 11,2 min tona düşüb.

Bazar iştirakçılarının sözlərinə görə, hinduşkaya marağın artmasının əsas səbəblərindən biri onun daha münasib qiymətə olmasıdır. Hinduşka mal ətindən xeyli ucuzdur. Eyni zamanda yüksək zülal və az yağ tərkibli məhsullara artan maraq da alıcıların seçiminə təsir göstərir.

Musavat.com

Exit mobile version