Ruslar arasında prezident Vladimir Putinə inam səviyyəsi azalaraq 78,6 faiz təşkil edib.
Yeniera.az xəbərverir ki, bu barədə Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəziməlumat yayıb.
“Sorğu iştirakçılarının 78,6%-i Putinə güvənmək barədə suala müsbət cavab verib (0,6 faiz azalma), prezidentin fəaliyyətini bəyənmə reytinqi isə 0,5 faiz azalaraq 74,8 faiz təşkil edib”, – mərkəzin materiallarında qeyd olunur.
Rusiya hökumətinin fəaliyyətini respondentlərin 47 faizi (1,7 faiz azalma), baş nazir Mixail Mişustinin işini isə respondentlərin 50,3 faizi (0,1 faiz azalma) bəyənib. Sorğuda iştirak edənlərin 59,2%-i Mişustinə güvəndiyini bildirib (1,3 faiz azalma).
Rza Əli

