• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
12°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsi: onların həbsini istəyirəm

04 Dekabr, 25 / 18:50
A A
Maraşpark dondurma köşklərinin sahibi 736 min manat verib - MƏHKƏMƏ

Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanı vətəndaşlarının Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadin cinayət işi üzrə məhkəmədə bir zərərçəkən və şahidlər ifadə verib.

“Report”un məlumatına görə, prosesdə zərərçəkən qismində tanınan Ruhan Hüseynov deyib ki, qardaşı Birinci Qarabağ Müharibəsində şəhid olub və Şəhidlər xiyabanında dəfn olunub:

“Hadisə ilə bağlı mənə tik-tokerlər zəng edərək məlumat veriblər. Təqsirləndirilən şəxslərdən şikayətçiyəm və onların həbs olunmasını istəyirəm”.

Prosesdə ifadə verən şahid Kəmalə Sadıxova deyib ki, Şəhidlər xiyabanın yaxınlığındakı parkda xadimə işləyir:

“Şəhidlər xiyabanından səslər gəlirdi. Səs gələn tərəfə yaxınlaşan zaman gördüm ki, 3 nəfər əcnəbi şəhid məzarları qarşısında nalayiq hərəkətlər edirlər. İrad bildirdim, lakin əhəmiyyət vermədilər”.

Şahid Sevil Əliyevanın sözlərinə görə, Şəhidlər xiyabanında xadimə işləyir. Hadisə baş verən gün şəhid məzarlarının yaxınlığından səs gəldiyini eşidib. Yaxınlaşan zaman əcnəbilərin şəhid məzarları önündə qeyri-etik hərəkətlər etdiyini görüb, onların dillərini bilmədiyi üçün müdaxilə etməyib və həmin yerdən uzaqlaşıb.

Prosesdə ifadə verən şahid Bəsti Ağayeva deyib ki, o da Şəhidlər xiyabanında xadimə işləyir:

“Təmizlik işləri aparan zaman 3 nəfərin şəhid məzarları önündə qeyri-etik hərəkətlər etdiyini gördüm. Onlar şəhid məzarlarının üzərinə çıxmışdı. Dillərini bilmədiyim üçün müdaxilə etmədim. Qəbirin üzərindəki gülü götürüb oynadırdılar”.

Təqsirləndirilən şəxslər şahidin ifadəsinə münasibət bildirən zaman deyiblər ki, onlar Şəhidlər xiyabanında məzara və məzarların üzərindəki gülə toxunmayıblar.

Şahid Tamara Heydərovanın sözlərinə görə, o da Şəhidlər xiyabanında xadimə işləyir. Təmizlik işləri apararkən şəhid məzarlarının yaxınlığından səs gəldiyini eşidib. Səs gələn tərəfə yaxınlaşan zaman 3 nəfər əcnəbinin şəhid məzarları yanında deyib-güldüyünü görüb. Orada polis olduğu üçün müdaxilə etməyib.

Məhkəmənin növbəti iclasında qalan 2 şahidin dindiriləcəyi bildirilib.

Növbəti proses dekabrın 9-na təyin olunub.

İttihama görə, sözügedən şəxslər bu ilin avqust ayında Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yeniera
Öncəki Yazı

İrəvanda arxiyepiskop Arşak Xaçatryan saxlanılıb

Növbəti Yazı

UWW Azərbaycanda çimərlik güləşinin inkişafını yüksək qiymətləndirib

XƏBƏR LENTİ

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub

"Ayaks"ın Bakıya səfər planı bəlli olub

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.