• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
12°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Səhiyyə naziri “TDT-yə üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı”nda çıxış edib

27 Noyabr, 25 / 12:50
A A
Səhiyyə naziri “TDT-yə üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı”nda çıxış edib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və nazirliyin 2 nömrəli Bakı Baza Tibb Kollecinin təşkilatçılığı ilə Bakıda “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı” keçirilib.

Beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, səhiyyə sektorunun rəsmi nümayəndələri, Azərbaycanda və xaricdə fəaliyyət göstərən ali və orta tibb təhsili müəssisələrinin təmsilçiləri, aparıcı səhiyyə müəssisələrinin rəhbərləri həmçinin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin səhiyyə sahəsində tanınmış elm adamları iştirak ediblər.

Əvvəlcə beynəlxalq konfransın iştirakçıları Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülüb.
Qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə tər gül dəstələri düzüblər.

Beynəlxalq elmi-praktik konfransın iştirakçıları, həmçinin Zəfər Parkını ziyarət ediblər. Qonaqlara Vətən müharibəsindəki tarixi Qələbəmizi əks etdirən ekspozisiya barədə məlumat verilib və abidə önünə gül dəstələri qoyulub.

Daha sonra ”Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı”nın açılış mərasimi keçirilib.

Giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev tədbirin mahiyyətini vurğulayaraq, ümummilli lider Heydər Əliyevin Azərbaycanda tibb təhsilinə böyük diqqət yetirdiyini diqqətə çatdırıb: “Ulu Öndərin göstərişi ilə 2 nömrəli Bakı Tibb Məktəbi üçün yeni bina tikilib. Bu, ümummilli lider Heydər Əliyevin səhiyyəyə, tibb təhsilinə, orta tibb personalının hazırlığına verdiyi böyük diqqətin təzahürü idi”.
Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti və gərgin zəhməti sayəsində hər sahənin inkişaf etdiyini vurğulayan nazir deyib: “Bu tərəqqi ölkə səhiyyəsinin timsalında bariz şəkildə görünür. Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü humanitar təşəbbüslər və qayğıya ehtiyacı olan şəxslərə sonsuz diqqəti bu sahənin inkişafında mühüm rol oynayır”.

Teymur Musayev hazırda Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin kollektivinin orta ixtisas tibb kadrlarının müasir tələblərə uyğun səviyyədə yetişdirilməsi yolunda yorulmadan çalışdığını diqqətə çatdırıb: “Bu gün bu qabaqcıl tibb təhsili ocağının qarşısında ölkə səhiyyəsi üçün savadlı, bacarıqlı, dünya təbabətinin yeniliklərindən xəbərdar olan, yüksək ixtisaslı orta tibb mütəxəssisləri hazırlamaq vəzifəsi dayanır”.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir” ifadəsinin uğurla reallaşmasının şahidiyik. Əminəm ki, hər birimiz bu istiqamətdə səylərimizi birləşdirib, çoxsaylı uğurlara birgə imza atacağıq”, – deyə səhiyyə naziri fikrini tamamlayıb.

Öz növbəsində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “TDT-nin üzv ölkələrinin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı”nın Bakıda keçirilməsindən məmnunluq duyduğunu qeyd edib.

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva öz çıxışında qeyd edib ki, konfransın məqsədi tibb bacıları və mamaların səhiyyədə oynadığı mühüm rolu vurğulamaq, onların peşəkar inkişafının dəstəklənməsinə şərait yaratmaq və bu sahələrin inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsini təmin etməkdir.

Öz çıxışlarında Türkiyə səfiri Birol Akgün, Özbəkistan səfiri Baxrom Aşrafxanov, Qazaxıstan səfiri Alim Bayel və Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov vurğulayıblar ki, xalqlarımız arasında mövcud olan tarixi və mədəni ortaqlıqlar dövlətlər arasında əlaqələrin əsasını təşkil edir. Eyni zamanda, dövlət başçıları arasındakı dostluq əlaqələri bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir. Tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən səfirlər elmi-praktik konfransın işinə uğurlar arzulayıblar.

Beynəlxalq konfransda çıxış edən Türkiyə Respublikası Ege Universiteti Sağlamlıq Elmləri Fakültəsinin dekanı Esin Çeber Turfan, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin Tibb Bacısı İşi üzrə baş mütəxəssisi Rixsi Salixodjayeva, Qazaxıstan Respublikası “EMİLİ” Ali Tibb Kollecinin direktoru Nurjan Bijanov, Qırğızıstan Respublikasının Bişkek Ali Tibb kollecinin direktoru Çolpon Usubaliyeva və digərləri tədbirin Azərbaycanda keçirilməsindən məmnunluqlarını ifadə ediblər. Onların sözlərinə görə, bu cür tədbirlər Türk dövlətlərinin səhiyyəsində son illərdə əldə olunan nailiyyətləri paylaşmasına, həm də təcrübə mübadiləsinin aparmasına imkan yaradır.

Daha sonra beynəlxalq elmi-praktiki konfransda panel sessiyalar keçirilib.

Sessiyalarda “Azərbaycanda tibb bacısı (qardaşı) və mamalıq ixtisasları üzrə mütəxəssislərin hazırlığı və təhsilin inkişaf istiqamətləri”, ”Tibb bacısı və mamalıq təhsilində rəqəmsallaşma və süni intellektin rolu”, ”Mamalıq təhsilində keyfiyyətin təminatı: beynəlxalq standartlar” və digər məruzələr dinlənilib. Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb.

Konfransın sonunda məruzəçilərə və xarici qonaqlara sertifikatlar təqdim olunub.

Ən son xəbərləri bizim Threads hesabımızda izləyin @yeniera
Öncəki Yazı

İlham Əliyev “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib

Növbəti Yazı

MƏDƏNİYYƏT – MİLLƏTİN SON SƏNGƏRİDİR

 

XƏBƏR LENTİ

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub

"Ayaks"ın Bakıya səfər planı bəlli olub

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.