• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
10°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Səhiyyə Nazirliyində Britaniyanın nümayəndə heyəti ilə görüş keçirilib

11 Dekabr, 25 / 14:10
A A
Səhiyyə Nazirliyində Britaniyanın nümayəndə heyəti ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdaysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə, həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld və Böyük Britaniyanın Biznes və Ticarət Nazirliyinin ölkə üzrə direktoru Aleksandr Tirrel iştirak ediblər.

Yeniera.az xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf tendensiyasına malik olduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyevin 1994-cü və 1998-ci illərdə Böyük Britaniyaya səfərləri ölkələrimiz arasında qurulacaq müxtəlif istiqamətli əməkdaşlığın əsas sütununun təşkil etdiyi xüsusən vurğulanıb. Nazirin sözlərinə görə, ölkələrimiz arasında bir çox sahəni ehtiva edən çoxşaxəli dinamik inkişaf edən münasibətlər mövcuddur.

Prezident İlham Əliyevin vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan Teymur Musayev deyib: “Şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Eyni zamanda, nazirliyin Sanator-Kurort Reabilitasiya Mərkəzində veteranlarımız üçün bir çox tibbi xidmətlər göstərilir”.

Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Lord Con Alderdays Britaniyanın Azərbaycanla münasibətlərinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib. Onun sözlərinə görə, bu münasibətlər təkcə ticarət və investisiyalarla məhdudlaşmır, eyni zamanda uzunmüddətli tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır.

Azərbaycan dövlətinin şəhid ailələri və müharibə veteranlarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən Lord Con Alderdays Böyük Britaniyanın bu istiqamətdə də müvafiq dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Konstruktiv anlaşma şəraitində keçən görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki yazı
Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yeniera
Öncəki Yazı

“Aztürk Holdinq”dən Böyük Atılım: Azərbaycan Sağlamlıq Sektorunda Çinlə Strateji Əməkdaşlıq Yaradılır

Növbəti Yazı

Əli Əsədov Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

XƏBƏR LENTİ

 Kamran Əsədova cinayət işi açıldı 

"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Zod qızıl yatağında Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb

Baba Rzayev 57.2 milyonluq layihələri tendersiz həyata keçirir - İşin birini 10 manatlıq şirkət görəcək

Quru sərhədləri gələn il açılacaq? - MÜHÜM AÇIQLAMA

Qurban bayramı bu tarixdə qeyd ediləcək

Temperatur kəskin enəcək, külək güclənəcək – XƏBƏRDARLIQ

Azərbaycanda benzinlə bağlı RƏSMİ MƏLUMAT

Bakının bu hissəsinə giriş pullu olur? - AÇIQLAMA

Azərbaycanda yeni teatr studiyası yarandı – “Eynək” ilk tamaşasını təqdim etdi

İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin xatirəsini yad edib

DTX-nin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıblar

Putin və Pezeşkian Rusiya-İran əlaqələrinin inkişafını müzakirə ediblər

Prokurorluq əməkdaşları anım günü ilə bağlı Fəxri Xiyabanı ziyarət edib

İlin ilk on ayında ölkədə 50 minə yaxın ölüm halı qeydə alınıb

Azərbaycan əhalisinin sayı açıqlandı

Ançelotti “Qarabağ”ın bu futbolçusunu istəyir

Şənbə gününün hava proqnozu açıqlanıb

Türkiyənin tarixi şəhəri İzmir - FOTOLAR

Bayrama görə bu ailələrə birdəfəlik yardım edilə bilər

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.