Bərdə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Samux kənd həkim məntəqəsinin müdiri, uzun illər bölgənin səhiyyə sistemində çalışmış Əliyeva Sərfinaz Alı qızı vəfat edib.
Ajans.az-ın əldə etdiyi məlumata əsasən, Sərfinaz Əliyeva 1957-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. O, 1974–1981-ci illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb, daha sonra Mingəçevir Birləşmiş Uşaq Xəstəxanasında internatura keçib.
1982–1990-cı illərdə Samux kənd xəstəxanasında həkim-pediatr, 1990–2010-cu illərdə isə həmin xəstəxananın baş həkimi vəzifəsində çalışıb. 2010-cu ildən Samux kənd tibb məntəqəsinin müdiri kimi fəaliyyət göstərirdi.
Sərfinaz Əliyeva Azərbaycan səhiyyəsinə göstərdiyi xidmətlərə görə dəfələrlə təltif olunmuşdu. Allah rəhmət eləsin.


