• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
6°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

"Şərurlu İsfəndiyar" məhkəmədə: Ramiz Mehdiyevlə əlaqəsi olanlar cəzalarını alacaqlar

15 Dekabr, 25 / 14:30
A A
"Şərurlu İsfəndiyar" məhkəmədə: Ramiz Mehdiyevlə əlaqəsi olanlar cəzalarını alacaqlar

AMEA-nın ekspertinin verdiyi rəydə İsfəndiyar Axundovun Emil Səməndərova qarşı işlətdiyi “dələduz” ifadəsinə və bunun təhqir olduğuna yer verilməyib.

Yeniera.az xəbər verir ki, “Report”un məlumatına görə, bu barədə “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) barəsində xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun vəkili Asim Abbasov sözügedən məsələ ilə bağlı məhkəmə prosesində deyib.

Belə ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda vəkil Asim Abbasov AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qaziyevanın rəyində ziddiyyət olduğunu diqqətə çatdırıb:

“AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Ramiz Mehdiyevin əmri ilə təyin edilib. İnstitutun direktoru ilə Ramiz Mehdiyev, eləcə də İsfəndiyar Axundov arasında əlaqələrin olması barədə məlumatlar var. Bizim sübutlar siyahısından çıxarılmasını istədiyimiz rəyi verən ekspert də sözügedən institutun əməkdaşıdır. Xahiş edirəm ki, bu rəy sübutlar siyahısından çıxarılsın”.

Təqsirləndirilən şəxsin vəkili Ülvi Nəsibli əlavə edib ki, Ramiz Mehdiyevlə İsfəndiyar Axundov arasında əlaqənin olmağı cəfəngiyyatdır:

“Xüsusi ittihamçının vəkili təsdiqini tapmamış məlumatlara istinad edir. Belə çıxır ki, Emil Səməndərovun da Ramiz Mehdiyevlə əlaqəsi var. Bunun baxılan işə aidiyyəti yoxdur. İttihamçı tərəfin ekspert rəyinin sübutlar siyahısından çıxarılması üçün verdiyi vəsatətin təmin edilməməsini xahiş edirəm”.

Təqsirləndirilən İsfəndiyar Axundov deyib ki, onun Ramiz Mehdiyevlə heç bir əlaqəsi yoxdur: “Bu işlə aidiyyəti qurumlar məşğul olur. Kiminsə Ramiz Mehdiyevlə əlaqəsi varsa, cəzasını alacaq”.

Vəkil Asim Abbasov deyib ki, İsfəndiyar Axundovla Ramiz Mehdiyev arasında əlaqənin olması ilə bağlı məlumatlar 2020-2021-ci illərdə yayılıb.

O əlavə edib ki, İsfəndiyar Axundovun yaxın qohumları ona zəng edərək işdən çəkindirməyə çalışıb: “Hətta qarşı tərəflə Emil Səməndərov arasında 3 ev məsələsi olub. Biz heç bir şey istəmirik. İstədiyimiz odur ki, İsfəndiyar Axundov mediada dediyi sözlərin yanlış olduğunu bildirsin”.

Həmçinin, təqsirləndirlənin vəkili Ülvi Nəsibli deyib ki, Emil Səməndərovun vəkili Asim Abbasovun xüsusi ittiham qaydasında şikayət etməyə səlahiyyəti olmayıb. O, bu səbəbdən işin icraata götürülməsinin düzgün olmadığını qeyd edib.

Hakim Vüsal Tağıyev vəkil Asim Abbasovun AMEA-nın eksperti Nəzakət Qaziyevanın verdiyi rəyin sübutlar siyahısından çıxarılıb-çıxarılmaması ilə bağlı yekunda qərar veriləcəyini bildirib.

Həmçinin, hakim vəkil Asim Abbasovun məhkəməyə ilk rəy verən ekspertlərin dindirilməsi ilə bağlı təqdim etdiyi vəsatəti təmin etməyib.

Daha sonra proses sənədlərin tədqiqi ilə davam edib. Sənədlər tədqiq olunduqdan sonra məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul olunub.

Vəkil Asim Abbasov çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin olunub.

Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016 MTK”nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.

Ən son xəbərləri bizim Threads hesabımızda izləyin @yeniera
Öncəki Yazı

İlham Əliyev bu sazişləri təsdiqlədi

Növbəti Yazı

Azərbaycanla Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib

XƏBƏR LENTİ

“CineMastercard”da “Stiçhed. Şirin Xoxan” animasiyasının azərbaycanca dublyajı baş tutub - FOTOLAR

Prezident Taleh Qaraşovun oğlunu təltif etdi

İlham Əliyev Avstraliyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Prezidenti "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb

Kamran Əliyev Dohada korrupsiyaya qarşı mübarizədə mükəmməllik mükafatının təqdimetməsində iştirak edib

Azərbaycan və Qazaxıstan arasında 4 sənəd təsdiqlənib

İlham Əliyevdən daha bir SƏRƏNCAM

Nazirlər Kabineti Milli Məclis qarşısında hesabat verəcək

Azərbaycan-Əlcəzair Hökumətlərarası Birgə Komissiyanın yaradılması sazişi təsdiqlənib

Azərbaycanla Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib

"Şərurlu İsfəndiyar" məhkəmədə: Ramiz Mehdiyevlə əlaqəsi olanlar cəzalarını alacaqlar

İlham Əliyev bu sazişləri təsdiqlədi

Azərbaycanla Moldova arasında sazişi təsdiqlənib

Prezidentdən Aida Hüseynlə bağlı SƏRƏNCAM

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb

Azərbaycanlı məşqçi faciəvi şəkildə vəfat etdi - FOTO

Azərbaycan nümayəndələri Bəhreyndə keçirilən festivalda Qarabağ atları ilə çıxış ediblər

İlham Əliyev SƏRƏNCAM İMZALADI

Qəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU

Prezident nekroloq imzaladı

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.