Rusiyada benzin ehtiyatları 1,7 milyon ton təşkil edir.
Yeniera.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin TASS agentliyinə bildirib.
O, ölkədə benzin çatışmazlığı ilə bağlı çox ciddi problem olmadığını bildirib.
“Energetika Nazirliyinin verdiyi məlumata görə, hazırda benzin ehtiyatları 1,7 milyon ton təşkil edir ki, bu da ötən ilin göstəricisi ilə demək olar ki, eynidir. Cəmi 4 faiz azalma müşahidə olunur”, – deyə o bildirib.
Rusiya liderinin sözlərinə görə, Rusiya yanacaq ehtiyatlarından istifadə etməyə başlayıb, lakin benzin ehtiyatları ötən ilki səviyyədə qalır.
Qeyd edək ki, son vaxtlar Ukrayna Rusiyadakı neft obyektlərinə zərbələr endirir./globalinfo
