Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Arvadının gözünü kor edibmiş… – İndi də atasının qətlinə görə tutuldu – Video
  • Bu şəhərdə 2 manata evlər satılır
  • Jurnalist “ABB”dən şikayətçidir – “Ciddi bir problem yaşayıram”
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İdman»“Sabah”ın prezidentindən Qurban Qurbanova – “Qələbəmizə kölgə salmışdı”

“Sabah”ın prezidentindən Qurban Qurbanova - “Qələbəmizə kölgə salmışdı”

İdman Ariz Əhədov03.03.2026 - 15:15
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Sabah” klubunun prezidenti Məqsud Adıgözəlov Misli Premyer Liqasının 22-ci turunda keçirilən “Qarabağ” – “Sabah” (3:3) matçında baş verən davaya münasibət bildirib.

YENİERA.az xəbər verir ki, o, Azerisport.com saytına açıqlamasında bu barədə danışıb:

Matçın son dəqiqələrində baş verən gərginliyə toxunan M.Adıgözəlov, komandasının məşqçisinin davranışına bəraət qazandırmadığını, lakin əvvəllər oxşar halların olduğunu da qeyd edib:

“Bəli, oyunun sonunda emosional vəziyyət yarandı. Köməkçi məşqçimiz hakimlə danışırdı, bu zaman “Qarabağ” heyətinin bir üzvü ona səssiz olma işarəsi göstərdi. Bizim nümayəndəmiz isə emosional və düzgün olmayan jest etdi ki, bunu nümayiş etdirməyə haqqı yox idi.

“Sabah” futbol klubu belə davranışı yolverilməz hesab edir. Bu, bizim ənənələrimizə, mədəniyyətimizə və dəyərlərimizə uyğun deyil. Nümayəndəmizlə söhbət aparıldı. Biz baş verənləri yalnız futbola xas emosiyalarla izah etmədik. Əksinə, məşqçimiz təkcə meydanda deyil, həm də mətbuat konfransında üzr istəməyi lazım bildi. Hər hansı klubun qarşısında belə bir hadisə baş versəydi, biz eyni şəkildə davranardıq. Hətta ‘Qarabağ’ nümayəndələri bu epizoda diqqət etməsə belə, üzr istəyəydik. Üzr istəmək mədəniyyəti statusdan, xidmətlərdən və adlardan asılı deyil.

Qeyd edim ki, üzr istəmə mədəniyyətindən danışarkən, 2023/24 mövsümündə “Qarabağ” – “Sabah” matçında rəqib son saniyələrdə qol vurduqdan sonra “Qarabağ” oyunçusunun bizim skamyaya jest etməsi kimi epizod olmuşdu.

Bundan əlavə, kubok finalından sonra hörmətli Qurban Qurbanov oyundan sonrakı müsahibəsində “Sabah”ın qələbəsinə kölgə saldı və dolayı yolla onun bütövlüyünü şübhə altına aldı. Sonradan bu sözlər emosiyalarla izah olundu. Qol vurduqdan sonra bir oyunçunun qapıçımızın qarşısında etdiyi ekzotik rəqs bizim ənənələrimizə uyğun deyildi. Təəssüf ki, o zaman dostlarımız üzr istəmək lazım bilmədilər və hər şeyi emosiyalara yazdılar. Biz səbr etdik, üzr istəmək tələb etmədik və vəziyyəti böyütmədik, çünki başa düşürük ki, mübarizə zamanı bəzən olmamalı şeylər olur. Buna görə də son oyundakı epizoda qarşı olan kəskin reaksiya bir qədər təəccübləndirdi.

Bizim mövqeyimiz dəyişməz qalır: oyuna hörmət, rəqibə hörmət və irəliyə doğru addımlar. Gəlin, futbol, oyunun keyfiyyəti və çempionatımızın inkişafı barədə danışaq, müəyyən epizodların ümumi mənzərəni kölgələməsinə imkan verməyək”.

Bənzər Xəbərlər

25.08.2026 - 11:30Gülnar Əliyeva

Arvadının gözünü kor edibmiş... - İndi də atasının qətlinə görə tutuldu - Video

25.08.2026 - 11:16Gülnar Əliyeva

Bu şəhərdə 2 manata evlər satılır

25.08.2026 - 11:04Gülnar Əliyeva

Jurnalist "ABB"dən şikayətçidir - "Ciddi bir problem yaşayıram"

25.08.2026 - 10:50Gülnar Əliyeva

Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNİB

25.08.2026 - 10:38Gülnar Əliyeva

Komitənin yeni Aparat rəhbəri kimdir?

25.08.2026 - 10:25Gülnar Əliyeva

Ali Məhkəmədən faiz müqabilində borc verənlərə sərt XƏBƏRDARLIQ

25.08.2026 - 10:12Gülnar Əliyeva

Ağdamda iş adamları həbs edildi

25.08.2026 - 09:50Gülnar Əliyeva

Şəhid anası da tələbə adını qazandı - Foto

25.08.2026 - 09:15Gülnar Əliyeva

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 880

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 974

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 929

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 746
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.