Çexiyanın keçmiş Baş naziri Andrey Babiş rəhbərlik etdiyi müxalif ANO siyasi hərəkatının seçki mitinqində hücuma məruz qalıb.
Yeniera.az xəbər verir ki, bu barədə “CTK” agentliyi yazıb.
“Andrey Babiş seçki mitinqində hücuma məruz qalıb”, – nəşr qeyd edib.
Agentliyin məlumatına görə, kimsə Babişin başına arxadan metal əşya ilə zərbə endirib. Bundan sonra siyasətçi xəstəxanaya gedib və orada ona tibbi yardım göstərilib. Onun vəziyyəti ilə bağlı başqa təfərrüatlar açıqlamayıb.
Vüsal Ömərov

