• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
9°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

Şahin Mustafayev: "Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub"

08 Sentyabr, 25 / 17:25
A A
Şahin Mustafayev: "Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub"

Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub və ölkələr arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması ticarət və investisiya əməkdaşlığına güclü təkan verib.

Yeniera.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Çinin Fucian əyalətinin Siamen şəhərində keçirilən 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (“CIFIT 2025”) çərçivəsində təşkil edilən Çin-Azərbaycan İkitərəfli İnvestisiya Təşviqi tədbirində deyib.

O, bu müsbət tendensiyanın davamlılığını ölkələrimizin “Bir kəmər, bir yol” təşəbbüsündə fəal və birgə iştirakı ilə əlaqələndirib.

Çinin ticarət nazirinin müavini Lin Ci ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, Çin şirkətlərinin Azərbaycanla ticarət, logistika, sənaye, və “yaşıl enerji” sahələrində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, həmçinin ölkələrin ikitərəfli ticarət və investisiya əlaqələrində son illər artan göstəricilər haqqında danışıb.

Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edərək, investisiya əlaqələrinin praktiki müstəvidə inkişaf etdiyini vurğulayıb. Sənaye istehsalı, bərpa olunan enerji, kənd təsərrüfatı və İKT sahələrində birgə təşəbbüslərin uğurlu icrası, qarşıdakı dövrdə istehsalın lokallaşdırılması və texnologiya transferinə xidmət edəcək ortaq layihələr haqqında məlumat verilib.

Energetika nazirinin müavini Elnur Soltanov isə ölkəmizin günəş və külək enerjisi potensialı ilə Çinin qabaqcıl texnologiyalarının sintezi birgə layihələrin uğurla həyata keçirilməsinə şərait yaratdığını və gələcəkdə enerji keçidi üzrə tərəfdaşlığın daha da genişlənəcəyini bildirib.

Tədbirdə həmçinin AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Dövlət Neft Fondunun icraçı direktorunun müavini Bəhruz Bəhramov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədrinin müavini İsmayıl Manafov, Çinin İnvestisiyaların Təşviqi Agentliyinin direktoru Liu Mincyan və Çin İnvestisiya Korporasiyasının Birbaşa investisiyalar departamentinin direktoru Janq Şuo hər iki ölkənin investisiya iqlimi, qarşılıqlı faydalı investisiya təşəbbüslərinin reallaşdırılması və ticarətin təşviqi barədə çıxışlar edib, təqdimatlar keçiriblər. Bununla yanaşı, tədbir çərçivəsində keçirilən panel sessiyada Azərbaycan İnvestisiya Holdinqi, İqtisadi Zonaların İnkişafı Agentliyi, Çinin Horqos İqtisadi İnkişaf Zonası və hər iki ölkənin sənaye və İKT kimi sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri ikitərəfli işgüzar təmasların gücləndirilməsinə dair fikirlərini bölüşüb, təkliflərini irəli sürüblər. Tədbir B2B görüşlərlə davam edib.

Ən son xəbərləri bizim Threads hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Palata Maliyyə Nazirliyinə irad bildirib

Növbəti Yazı

Bakıda bu məktəbə direktor təyin edildi

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.