Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu müəllimlərə şad xəbər – Maaşdan əlavə 500 manat alacaqlar
  • Qadınların görüntülərini montaj edib pul tələb edən gənc həbs edildi – VİDEO
  • Keçmiş məcburi köçkünlərə ŞAD XƏBƏR — Prezident bu tapşırığı VERİB
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Şahin Mustafayev: “Fars Körfəzini Qara Dənizə bağlayacaq yeni marşrut yaradılacaq”

Şahin Mustafayev: "Fars Körfəzini Qara Dənizə bağlayacaq yeni marşrut yaradılacaq"

Gündəm Ariz Əhədov27.08.2025 - 11:54
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Cənubi Qafqazda avtomobil yolları açılandan sonra Fars Körfəzi-Naxçıvan-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Qara Dəniz avtomobil marşrutu Fars Körfəzini Qara Dənizə bağlayan yeni marşrut olacaq.

Yeniera.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev avqustun 26-da Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

“İqlim və relyefinə görə bu marşrut il boyu daimi fəaliyyət göstərəcək”, – deyə o qeyd edib.

Bundan başqa, hökumət rəsmisi deyib ki, həyata keçirilən vacib infrastruktur layihələrindən biri Araz çayının üzərində inşa olunan avtomobil körpüləridir: “Ağbənd-Kəlalə və Ordubad–Siyahrud yeni avtomobil körpüləri Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək əlavə bağlantı olmaqla yanaşı region ölkələri arasında böyükhəcmli beynəlxalq daşımalara imkan yaradacaq”.

O, xatırladıb ki, bir neçə gün öncə Türkiyə ilə Naxçıvanı birləşdirəcək Qars-Iğdır-Aralık-Dilucu dəmir yolu xəttinin tikintisinə də start verilib: “Uzunluğu 224 km olan və Avropa bazarlarına çıxışı təmin edəcək bu xəttin illik daşıma gücü 15 milyon ton yük təşkil edəcək. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi və yükdaşımaların fasiləsiz şəkildə həyata keçirilməsi baxımından əhəmiyyətli infrastruktur imkanlarına malik olduğu üçün hər iki istiqamətdə tranzit yüklərin daşınmasında və aşırılmasında, ölkəmiz mühüm rola malikdir. Bu baxımdan ölkəmiz böyük həcmdə yükləri daşımaq, aşırmaq və idarə etmək mərkəzinə çevrilib”.

“Bütün bunlarla yanaşı kommunikasiyaların açılması həm də Cənubi Qafqazın enerji xəritəsini yenidən formalaşdıracaq, xüsusən də Azərbaycanın Avropaya və dünyaya enerji tranzit rolunu daha da artıracaq. Kommunikasiyalarının açılması regionda sülhün təmin olunması üçün tarixi bir fürsətdir. Azərbaycan isə öz növbəsində bu dəhliz vasitəsilə regionda sabitliyin və əməkdaşlığın təşviqçisi kimi çıxış edir”, – deyə Ş.Mustafayev əlavə edib.

Bənzər Xəbərlər

13.03.2026 - 14:10Ariz Əhədov

Adnan Əhmədzadə ilə bağlı QƏRAR VERİLDİ

13.03.2026 - 12:50Ariz Əhədov

"Əlli min müəllim ixtisar oluna bilər" - Əli Əhmədov

13.03.2026 - 12:25Ariz Əhədov

İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı

13.03.2026 - 11:48Ariz Əhədov

Bu rayonun bəzi kəndləri birləşdiriləcək

13.03.2026 - 11:35Ariz Əhədov

Ermənistana gedən dəmir yolunun tikintisi tamamlanmaq üzrədir

13.03.2026 - 11:21Ariz Əhədov

Ölkədə nə qədər işsiz var?

13.03.2026 - 10:20Ariz Əhədov

İcra Hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 44 nəfər işdən ÇIXARILDI

13.03.2026 - 10:13Ariz Əhədov

Neftimizin qiyməti 105 dolları ötdü

13.03.2026 - 00:38Ariz Əhədov

Üç dövlət qurumu birgə məlumat yaydı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 088

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 659

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 291

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 752
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.