Böyük Britaniya kralının qardaşı Şahzadə Endryu “şahzadə” titulundan məhrum ediləcək və Vindzor qəsrindəki kral mənzilini tərk etməyə məcbur olacaq.
Yeniera.az xəbər verir ki, bu barədə Bukingem Sarayının bəyanat yayıb.
Rəsmi açıqlamada bildirilib ki, kral Şahzadə Endryu-nun titullarının və fəxri adlarının ləğvi prosesinə başlayıb.
O, bundan sonra Andrew Mountbatten-Windsor kimi tanınacaq. Royal Lodge üzrə icarə müqaviləsi də ləğv olunur və o, şəxsi yaşayış yerinə köçürüləcək.
BBC-nin məlumatına görə, Endryu Norfolkdakı Sandrinqem malikanəsinə yerləşdiriləcək və yaşayış xərclərini kral öz hesabına qarşılayacaq.
Şahzadənin qızları Beatrice və Eugenie titul saxlayacaqlar.
Qeyd edək ki, Şahzadə Endryu əvvəllər amerikalı milyarder Cefri Epşteynlə əlaqələrinə görə York hersoqu titulundan istifadəni dayandırmışdı.
Rza Əli

