Salyanda məktəbdə tüstüdən zəhərlənən şagirdlərin sayı 18 nəfərə çatıb.
Bu barədə Report-a Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, Yuxarı Noxudlu kənd məktəbində tüstüdən zəhərlənmə diaqnozu ilə daha dörd şagird Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
“Dekabrın 5-də Salyan Rayon Mərkəzi Xəstəxanasın 17 nəfər (13 qadın, 4 kişi) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub. Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir”, – məlumatda vurğulanıb.
Faktla bağlı araşdırma aparılır.

