Moldova prezidenti Maya Sandu dövlət başçısı yanında Ali Təhlükəsizlik Şurasının (YTX) Milli Təhlükəsizlik Şurası Xidmətinə (MTŞ) çevrilməsi haqqında fərman imzalayıb.
Yeniera.az xəbər verir ki, yeni struktur Milli Təhlükəsizlik Şurasının iclaslarını hazırlamaq, institusional koordinasiyanı təmin etmək və qərarların icrasına nəzarət etmək səlahiyyətlərinə malik daimi katibliyi kimi fəaliyyət göstərəcək.
Milli Təhlükəsizlik Xidmətinin rəhbəri birbaşa dövlət başçısının sərəncamı ilə təyin ediləcək. Moldovanın “Noi” nəşri xəbər verir ki, xidmət müdafiə və milli təhlükəsizlik sahələrində prezidentə operativ dəstək verəcək.
Yeganə

