Heydər Əliyevin qızı Sevil Əliyeva ona ünvanlanan təbrik və xoş arzulara görə təşəkkür edib, həmçinin 2017-ci ildən etibarən Bakıda yaşadığını açıqlayıb.

Yeniera.az xəbər verir ki, Sevil Əliyeva bununla bağlı paylaşım edib.

O, paylaşımında ona göstərilən diqqətə, xoş sözlərə və səmimi arzulara görə hər kəsə minnətdarlığını bildirib:

“Mənə göstərdiyiniz diqqətə, ünvanıma söylədiyiniz xoş sözlərə, səmimi arzulara və daim hiss etdiyim dəstəyə görə hər birinizə ürəkdən təşəkkür edirəm. Bu səmimi münasibət və sevgi mənim üçün çox dəyərlidir.”

Sevil Əliyeva uzun illər xaricdə yaşadığı üçün bir çox insanın hələ də onun Azərbaycandan kənarda olduğunu düşündüyünü qeyd edib və bu məsələyə aydınlıq gətirib:

“Məlumat üçün bildirmək istəyirəm ki, 2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram və həyatımı doğma Vətənimdə davam etdirirəm.”

Sonda o, hər kəsə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik və uğurlar arzulayıb.

Exit mobile version