Çin Mərkəzi Televiziyasının verdiyi xəbərə görə, Çin prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trampla telefonla danışıb.
Yeniera.az xəbər verir ki, söhbət zamanı siyasətçilər Cənubi Koreyada bu yaxınlarda keçirilmiş görüşün nəticələrini müzakirə ediblər və bərabərlik, hörmət və qarşılıqlı fayda mövqeyinə riayət etmək, habelə əməkdaşlıq sahələrinin siyahısını genişləndirmək barədə razılığa gəliblər.
Si Cinpin Çinin Tayvan məsələsində prinsipial mövqeyinə aydınlıq gətirib və vurğulayıb ki, Tayvanın Çinə qaytarılması müharibədən sonrakı dünya nizamının mühüm elementidir.
İki dövlət başçısı Ukrayna böhranını da müzakirə ediblər. Si Cinpin vurğuladı ki, Çin sülhün əldə edilməsinə yönəlmiş bütün səyləri dəstəkləyir və ümid edir ki, bütün tərəflər fikir ayrılıqlarını həll etməyə davam edəcək və böhranın əsas səbəbini aradan qaldıran ədalətli, uzunmüddətli və məcburi sülh sazişi əldə edəcəklər.
Yeganə

