ABŞ Prezidenti Donald Tramp Argentinanın prezidenti Xavyer Mileylə görüşü zamanı HƏMAS-ın ona silahı yerə qoymağa söz verdiyini açıqlayıb.
Yeniera.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Tramp bildirib ki, əgər bu baş verməzsə, HƏMAS-ın zor gücü ilə tərksilah ediləcəyini istisna etmir. Görüşün canlı yayımı Ağ Evin YouTube kanalında təqdim edilib.
“Onlar dedilər ki, silahı yerə qoyacaqlar. Əgər etməsələr, biz onları tərksilah edəcəyik. Mən necə edəcəyimizi izah etməyə borclu deyiləm, amma onlar bilir ki, mən zarafat etmirəm”, – deyə Tramp sərt bəyanat verib.
Tramp həmçinin Qəzza üzrə sülh sazişinin ikinci mərhələsinin başladığını elan edib. Bu mərhələ HƏMAS-ın tərksilah olunmasını nəzərdə tutur.
Qeyd edək ki, Tramp bir gün öncə, 13 oktyabrda İsrail parlamentində çıxış edərək Qəzzadakı münaqişənin başa çatdığını bəyan etmişdi.

